Əfqanıstanın Nanqarxar vilayətində NATO-nun rəhbərlik etdiyi koalisiyaya məxsus pulotsuz təyyarədən endirilən hava zərbə nəticəsində İŞİD terror qruplaşmasının 2 üzvü məhv edilib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terrorçular yerli polis bölməsinə hücum etməyi planlaşdırırlarmış.
Qeyd edək ki, cümə axşamı ABŞ Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı "bütün bombaların anası" adlanan bombadan istifadə edib.
ABŞ prezidenti Donald Tramp bu zərbəni "çox uğurlu missiya" adlandırıb.