18 Aprel 2017 01:03
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erik Tramp: "Atam qəti addımlar atmağa hazırdır"

ABŞ Prezidenti Donald Tramp sülhü qorumaq istəyir və zərurət olarsa, bunun üçün qəti addımlar atmağa hazırdır.

Bunu “Fox News” telekanalının efirində çıxışı zamanı D.Trampın oğlu Erik Tramp deyib.

Gənc Tramp bir müddət əvvəl atasının əmri ilə Suriyadakı hərbi bazaya və Əfqanıstanda İŞİD mövqeyinə zərbə endirilməsini xatırladıb.

O qeyd edib ki, D.Tramp sülh tərəfdarı olsa da, ABŞ-ın və müttəfiqlərinin təhlükəsizliyinə böyük önəm verir. “Hamı sülh istəyir. Amma o, öz liderlik keyifiyyətlərini göstərə bilər. Zərurət yaranarsa, o qəti şəkildə fəaliyyət göstərəcək”.


Müəllif:

Oxşar xəbərlər