18 Aprel 2017 13:55
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün tanınmamış Abxaziya Respublikasına səfər edəcək.

Səfər zamanı o, Rusiyanın buradakı səfirliyinə baş çəkəcək və aprelin 19-da Suxumidə qondarma rejimin rəhbəri Raul Xacimba və XİN rəhbəri Daur Kove ilə görüşəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər Gürcüstan tərəfinin kəskin narazılığına səbəb olub. Bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Bəyanatda bu səfərlə Gürcüstanın suverenliyinə qəsd olduğu bildirilib: "Rusiya XİN rəhbərinin Abxaziyaya səfəri, burada Rusiya hökumətinin yeni diplomatik binasını açması Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir".

Gürcüstan prezidenti Georgi Marqvelaşvili beynəlxalq ictimaiyyəti Lavrovun bu səfərinə qiymət verməyə çağırıb: "Əncəbi diplomatın ölkəmizə rəsmi səfəri yalnız Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır. Əgər razılaşdırılmasa, bu, Gürcüstan qanunvericiliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır".

Samir


Müəllif: Samir İsayev

Oxşar xəbərlər