Rusiya prezidenti Vladimir Putin Türkiyədə prezident idarəçiliyi üsuluna keçidlə bağlı keçirilən referendumun nəticələri ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı təbrik edib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Referendumun ilkin nəticələrinə əsasən, dəyişikliyi dəstəkləyənlər 51,4 faiz təşkil edib. Dəyişikliyə qarşı çıxanlar 48,8 faizidir.
/APA/