19 Aprel 2017 09:18
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dənizdə Rusiyaya məxsus yük gəmisi batıb.

Teleqraf.com Ria Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı gəmidə 12 nəfər olub.

Bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarə rəisinin köməkçisi Vladimir İvanov məlumat verib. Onun sözlərinə görə, gəmidə olan şəxslər Rusiya, Ukrayna və Gürcüstan vətəndaşları olub:

“Rusiyanın Rostov vilayətindən Qara dəniz vasitəsilə Türkiyəyə buğda aparan “Qeroi Arsenala” gəmisi batıb. Gəmidə 8 Rusiya, 3 Ukrayna və 1 Gürcüstan vətəndaşı olub. Onların taleyi ilə bağlı heç bir məlumat yoxdur. Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarının keçirilməsinə maneçilik törədir. Qəzanın baş verdiyi ərazidə dalğaların hündürlüyü 3 metr, küləyin sürəti saniyədə 20 metrədək çatır”.

İvanov əlavə edib ki, hazırda axtarış-xilasetmə işləri aparılır. Rusiya FHN nümayəndəsi gəminin hansı səbəbdən batdığının araşdırmalardan sonra açıqlanacağını deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər