"Ölkə.Az" xəbər verir ki, silahdan atəş açmağı bacaran robot istehsal edilib.
Soyuq müharibə illərindən bu yana texnologiyadan bir silah kimi istifadə edən Rusiya silahdan istifadə edə bilən robot istehsal edib. Bu isə informasiya müharibəsinin hansı bir ölçüyə gəldiyini sübut edir.
Baş nazirin müavini Dmitri Roqozin "Fedor" adlı kosmik robotun iki əlində tutduğu tapançadan hədəfə atəş açdığını göstərən video çarx yayımlayıb.
İddiaya görə yeni robot kosmik səfərlərdə astronavtlara köməkçi kimi istehsal edilib. Rusiya hökuməti 2021-ci ilə qədər "Fedor"-u Beynəlxalq Kosmik Stansiyaya göndərməyi planlaşdırır.