19 Aprel 2017 14:30
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qəsdən adamöldürmədə günahlandırılan daha 1 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.


Bildirilir ki, edamından bir gün əvvəl təkadamlıq kameraya köçürülən 28 yaşlı müttəhim Vəhid Fətullah Astani İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi olan Təbrizin mərkəzi zindanında dar ağacından asılıb. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkə vətəndaşlarına çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.


Müəllif:

Oxşar xəbərlər