Teleqraf.com xarici mediyaya istinadla xəbər verir ki, Stiven Mnuçin İrana və Şimali Koreyaya qarşı sanksiyaların artırılmasının böyük əhəmiyyətə malik olduğunu deyib:
“İrana qarşı qeyri-nüvə sanksiyalar gücləndiriləcək. Bu sanksiyaların tətbiq edilməsi mənim üzərimə düşən vəzifənin bir hissəsidir. Biz ötən həftə ölkədə insan hüquqlarını kobud şəkildə pozulmasında rolu olan İranın bir sıra rəsmilərinə və qurumlarına sanksiya qoymuşuq. Bildirirəm ki, Tehrana qarş qeyri-nüvə sanksiyaların sayı artırılacaq və biz İranın bütün hərəkətlərini tam diqqət mərkəzində saxlayacağıq”.
Qeyd edək ki, Amerikanın Maliyyə Nazirliyi aprelin 13-də Tehran əyalətinin Zindanlar Təşkilatına və həmin idarənin keçmiş rəisi Söhrab Süleymaniyə qarşı sanksiya qoyub. Söhrab Süleymani “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin qardaşıdır.