Teleqraf.com xəbər verir ki, bu barədə aprelin 19-da ölkənin “Renhap” informasiya agentliyi məlumat yayıb.
İzləyicilərə yeni ortamənzilli raketin işə salınması, raketin Sakit okean üzərindən uçaraq Birləşmiş Ştatların adı açıqlanmayan şəhərinə zərbə endirdiyi nümayiş etdirilib. Çarxın son kadrlarında yanan ABŞ bayrağı, qəbiristanlıq və ucalan KXDR bayrağı görünür.
Xor Şimali Koreyanın hərbi sənayesinin nailiyyətlərini tərənnüm edən mahnı ifa edir. Mahnıda Şimali Koreyaya məxsus raketlər “imperializmin üzərinə atılmağa hazır” ildırım qığılcımları ilə müqayisə olunur.
Qeyd edək ki, aprelin 15-də Pxenyanda keçirilən paradda qitələrarsı ballistik raketlərin üç fərqli növü nümayiş etdirilib.
Səxavət