Yaponiyanın müdafiə naziri Tomomi İnada ölkə ordusunun kəşfiyyat bölmələrinə və tank qoşunlarına qadınların cəlb olunmasına qoyulan məhdudiyyətin aradan qaldırıldığını elan edib.
Teleqraf.com-un məlumatına görə, nazir həmçinin özünümüdafiə qüvvələrinin sıralarında qadın qulluqçuların sayının artırılmasının da nəzərdə tutulduğunu deyib.
Beləliklə, Yaponiya ordusunda qadınların xidmətinə məhdudiyyət yalnız radioloji müdafiə və sualtı qayıq bölmələrində qüvvədə qalacaq.