20 Aprel 2017 09:14
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fox News” telekanalı ulduz aparıcı və siyasi şərhçi Bill O’Reylini işdən çıxarıb. Bundan əvvəl "Fox" telekanalı bir neçə qadının aparıcıya qarşı qaldırdığı seksual hərəkətlərlə bağlı iddiaların geri çəkilməsi üçün 13 milyon dollar ödəyib.

Onun apardığı proqramların sponsorları reklam yerləşdirilməsi barədə müqavilələri birtərəfli qaydada pozmağa başlamışdılar.

Bu ilin fevralında Bill O’Reyli ABŞ prezidenti Donald Trampla müsahibədə Qərbin Moskvaya qarşı ittihamlarını xatırlatmış və Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırmışdı. Bu ifadə rəsmi Moskva tərəfindən etirazla qarşılanmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telekanaldan üzrxahlıq tələb etmişdi.

Bill O’Reyli 1996-cı ildən öz verilişini aparırdı və telekanalın siması sayılırdı. Onun 10 illik aparıcılıq karyerasından sonra sərvəti on milyonlarla dollar qiymətləndirilir.(APA)


Müəllif:

Oxşar xəbərlər