20 Aprel 2017 12:07
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəc Məscidi İranın İraqda yeni səfiri vəzifəsinə təyin olunub.

Məscidi aprelin 19-da Bağdadda etimadnaməsini İraqın Xarici İşlər naziri İbrahim əl-Cəfəriyə təqdim edib.

Qeyd edək ki, 35 il İran İslam İnqilabı Keşikçiləri Korpusunda fəaliyyət göstərən İrəc Məscidi 8 il davam edən İran-İraq müharibəsi illərində SEPAH-ın “Ramazan” qərargahının komandiri vəzifəsində çalışıb. O, səfir vəzifəsindən öncə İran İqilab Keşikçiləri Korpusunun “Qüds” korpusunun məşhur komandanı Qasım Süleymaninin müşaviri olub. (axar.az)


Müəllif:

Oxşar xəbərlər