Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-dakı hərbi mənbəyə istinadən məlumat yayıb.
Telekanal qeyd edib ki, Dəməşq “hərbi təyyarələrinin ya böyük əksəriyyətini, ya da hamısını” Rusiya bazasının olduğu rayona köçürüb. Ancaq köçürülən təyyarələrinin dəqiq sayı açıqlanmayıb.
“Suriya prezidenti Bəşər Əsəd bununla Kremlin müdafiəsini sığınır”, - CNN bildirib.
Jurnalistlərin məlumatına görə, Suriya hakimiyyəti ABŞ və koalisiya qüvvələrinin “Hmeymim”in bilavasitə yaxınlığına zərbə endirmək qərarı verməyəcəyini güman edir.
Qeyd edək ki, aprelin 7-də gecə ABŞ Hərbi-Dəniz Qüvvələri Suriya Hərbi-Hava Qüvvələrinin Homs şəhəri yaxınlığında yerləşən “Şayrat” bazasına 59 ədəd “Tomaqavk” tipli qanadlı raket atıb. Müxtəlif qiymətləndirmələrə görə, 7-10 nəfər, o cümlədən dinc sakinlər həlak olub.
ABŞ prezidenti Donald Tramp bunu Dəməşqin İdlibdə kimyəvi qırğın silahı işlətməsinə qarşı “proporsional cavab” adlandırıb. Moskva Vaşinqtonun bu addımını qınayıb, bunu suveren dövlətə təcavüz kimi qiymətləndirib.
Səxavət