15 İyul 2014 09:48

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müşahidəçiləri Ukrayna-Rusiya sərhədində təhlükəsizliyə nəzarəti həyata keçirmək üçün səylərini artırır.

Təşkilat artıq sərhəddə nəzarəti daha yüksək səviyyəyə çatdırmaq üçün pilotsuz təyyarələrdən istifadə edəcək. Belə bir razılığa Almaniya, Fransa, Ukrayna və Rusiya tərəfləri gəlib. Almaniya Xarici İşlər Nazirliyinin saytında yayılan məlumatda bildirilir ki, Almaniya, Fransa, Ukrayna və Rusiya xarici siyasət başçılarının telefon danışığında Ukraynanın şərqində böhranın həlli üçün gələcək fəaliyyət müzakirə edilib. Danışıqlar nəticəsində məlum olub ki, atəşin iki tərəfli dayandırılmasında hər ölkələr razıdır. Xəbərdə qeyd edilir ki, Rusiya öz tərəfindən separatçılara təzyiq göstərmək barədə razılıq verib. Bundan əlavə ölkələrin sərhəddində ATƏT-in vəziyyəti nəzarətə götürməsi üzrə işlərin genişləndirilməsi razılığı əldə olunub.

“Bu konteksdən bütün tərəflər ATƏT-in rusiya-ukrayna sərhəddinə nəzarət etməsi üçün pilotsuz təyyarələrin hazırlanıb Ukrayna ərazisində tətbiq edilməsi və onunla aktiv əlaqə saxlanılmasında razılığa gəliblər”- deyə Almaniya XİN saytında qeyd edilir.

Qeyd edək ki, danışıqlarda iştrak edən 4 ölkənin hamısı əsirlərin dəyişdirilməsi barədə də razılığa gəliblər./anspress/


Müəllif:
Загрузка...