İtaliya Avropa İttifaqını (Aİ) tərk etməyəcək, lakin çox şey dəyişilməlidir.
Trend-in məlumatına görə, bunu İtaliyanın baş naziri Paolo Centiloni "Washington Post"a verdiyi müsahibəsində deyib.
Centiloni qeyd edib ki, Avropa İttifaqı qaçqınlar məsələsinin həllinə dair alternativ strategiya hazırlamalıdır: "Bizə alternativ strategiya lazımdır. Liviyaya gələn qaçqınların öz ölkələrinə qaytarılması üçün biz siyasi tədbirlər üzərində işləyirik".
Baş nazirin sözlərinə görə, hazırda qaçqınlar probleminin həlli üçün "çox az iş görülüb".