22 Aprel 2017 08:05
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniya kansleri ağır bir siyasi səhvə imza atıb"

Fransada prezidentliyə namizəd sağçı Marine Le Pen Almaniya kansleri Merkeli Türkiyəyə görə sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Fransada prezident seçkilərinə 3 gün qalmış Le Pen qaçqın böhranı ilə mücadilə ilə əlaqədar olaraq Merkelin Türkiyənin Avropanı şantaj etməsinə icazə verdiyini bəyan edib.

Milli Cəbhənin lideri olan Le Pen bildirib ki, bununla Almaniya kansleri ağır bir siyasi səhvə imza atıb.

O, bazar günü keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Fransanın milli sərhədlərini yenidən bağlamaq niyyətində olduğunu elan edib.

Le Pen Fransanı Avropa Birliyindən çıxarma planını da yenidən dilə gətirib.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər