22 Aprel 2017 12:11
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğub torpağa basdırdığı körpə 3 gün sonra ağlayaraq xilas olub.

Hər kəsi dəhşətə gətirən bu hadisə Cənubi Afrikanın Paddok şəhərində baş verib. Afrikalı qadın yeni dünyaya gətirdiyi körpəni diri-diri torpağa basdırıb üstünü taxtayla örtərək öldürməyə çalışıb, amma möcüzə nəticəsində xilas olub.

Bir zavodda çalışan işçilər 3 gün sonra səs eşidiblər. Qadının quma basdırdığı körpənin ağladığını eşidənlər onu təcili xəstəxanaya yerləşdirib. Hadisəni araşdıran polis övladını öldürməyə cəhd edən 25 yaşlı qadını tapıb.

Qadın 4 yaşında daha bir uşağı olduğunu, lakin ailəsi yeni uşaq istəmədiyi üçün onu öldürməyə çalışdığını etiraf edib. (publika.az)


Müəllif:

Oxşar xəbərlər