22 Aprel 2017 15:34
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada bir çox ailələr yeni doğulan körpələrinə Rusiya Prezidenti Vladimir Putinin adını verir.

Teleqraf.com-un xəbərinə görə, bunu Suriyanın Rusiyadakı səfiri Riyad Haddad deyib.

Səfir qeyd edib ki, Moskvanın dəstəyi və Prezident Bəşər Əsədin istəyi ilə rus dili Suriya məktəblərində öyrədilən ikinci xarici dil olub: “Ölkədə bütün universitetlərdə rus dili fakultələri açıldı, orta məktəbin 7-ci sinfindən başlayaraq, rus dili tədris olunur. Bu proses 2014-cü ildən aparılır. Bəşər Əsədin uşaqları daxil olmaqla bir çox suriyalı gənc rus dilini öyrənir. Ölkəmizdə rus dilinin ikinci əsas xarici dil səviyyəsinə gəlməsi Suriyanın rus xalqına bir jestidir. Bir çox ailələr uşaqlarına Putinin adını verir”.

Xatırladaq ki, hazırda Suriyada vətəndaş müharibəsi gedir. Moskva bu prosesdə Prezident Bəşər Əsədi dəstəkləyir.

Suriya-Rusiya münasibətləri SSRİ-Suriya münasibətlərinin məntiqi davamıdır. Hazırda Bəşər Əsədin ətrafında olan əksər vəzifə sahibləri zamanında Rusiyada təhsil alıblar.

Cavad


Müəllif:

Oxşar xəbərlər