Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hələ ötən həftənin sonlarında bir peyk tərəfindən əldə olunan görüntülərdən sonra Pxenyanın 6 nüvə sınağı reallaşdıracağı açıqlanmışdı. Məhz bu səbəbdən də, nüvə təcrübəsi obyektlərinin birində voleybol oynanılması təəccübə səbəb olub.
İddialara görə, Pxenyan Vaşinqtonla artan nüvə böhranının ardınca ya nüvə sınağını təxirə salmağı, ya da bu voleybol oyunları ilə qarşı tərəfi aldatmaq məqsədi güdür.
38 North adlı izləmə layihəsinin internet saytının analizində isə Pxenyandan əmr gələcəyi təqdirdə bu obyektdə nüvə sınağının həyata keçirilməsinin mümkünlüyü söylənilir.
Mütəxəssislərdən biri deyib ki, obyektdə ki, son vəziyyət nüvə sınağının təxirə salındığını göstərir.
Mütəxəssis hesab edib ki, Pxenyan fərqli bir taktika izləyir, nüvə sınağının müəyyən müddətə qədər donduraraq ərazidə bir aldatma səhnəsi həyata keçirir.
Amma görüntüləri analiz edən bəzi mütəxəssislər yeraltı xətdən daşınmalar həyata keçirən vasitələrin olduğunu düşünürlər.
Xatırladaq ki, hazırda Koreya yarımadasında nüvə böhranı yaşanır. ABŞ hərbi qüvvələrini və Sakit Okeandakı hərbi dəniz texnikasını bu istiqamətdə cəmləşdirir. Şimali Koreya rəhbərliyi isə elan edir ki, ABŞ-ın mümkün hücumuna nüvə hücumu ilə cavab verməyə hazırlaşır.
Cavad