22 Aprel 2017 16:30
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Fransada prezident seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, prezidentlik uğrunda 11 namizəd yarışacaq. Heç bir namizəd 50 faiz səs ala bilməyəcəyi təqdirdə ilk turda ən çox səs alan namizədlər mayın 7-də keçiriləcək II turda yarışmalı olacaq.

Araşdırmalara görə, beş namizəddən dördünün ikinci tura keçmək şansı var. Bunlar qatı sağçı Milli Cəbhənin lidero Marin Le Pen, mərkəzçi düşərgənin rəhbəri Emmanuel Makron, respublikaçı namizəd Fransua Fiyon, solçu namizəd Jan-Luk Melanşon və iqtidar partiyasının namizədi Benua Amondur.

Bu namizədlərin nələr vəd etdiyi də maraqlıdır. Çünki Fransa həm də ermənipərəst ölkədir və namizədlərin çoxu da erməni diasporunun dəstəyini almağa çalışır.

48 yaşlı Le Pen Milli Cəbhənin liderliyini 2011-ci ildə atası Jan Mari Le Pendən alıb. Onun I tur seçkilərində tam qələbə qazanması ehtimalı azdır. İslam və immiqrasiya məsələsində radikal çıxışları ilə tanınan Le Penin vədlərinin əsasını yeni qanunlar hazırlanana qədər Fransaya bütün qeyri-qanunu miqrasiyanın qarşısını almaq təşkil edir. Bundan başqa, xanım namizəd Avropa Birliyini tərk etmək kimi ideyaları müdafiə edir. Le Pen hesab edir ki, Fransa ildə 10 min qaçqın qəbul edə bilər. Onun proqramında 15 min gənci polis orqanında işə götürmək və 40 min nəfərlik yeni həbsxana tikmək də var.

Emmanuel Makron seçkilərdə qələbə qazansa, Fransanın ən gənc prezidenti kimi tarixə düşəcək. Makron son bir neçə ildə sürətlə populyarlaşsa da, indiyə qədər namizəd və deputat olmayıb. O, Prezident Fransua Ollandın maliyyə məsləhətçisi postunda çalışıb. Makron özündən 20 yaş böyük olan müəlliməsi ilə evlidir və yeddi nəvəsi var. Onun vədləri işsizlik probleminin aradan qaldırılması, həftəlik iş saatının 35-dən bir qədər artırılması ilə bağlıdır.

Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon seçkilərdə favorit namizəd hesab olunur. Onun vədlərində İraq və Suriyada vuruşan fransalıları vətəndaşlıqdan çıxarmaq məsələsi var. Eyni zamanda Fiyon Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması və Bəşər Əsədə İŞİD məsələsində dəstək verilməsinin tərəfdarıdır.

Sol cəbhənin namizədi Jan-Luk Melanşon daha çox gənclər arasında məşhurdur. Namizəd həm də ötən il qurduğu “Fransa Hərəkatı” təşkilatı ilə tanınır.

Cavad


Müəllif:

Oxşar xəbərlər