22 Aprel 2017 18:59
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əbu Səyyaf" terror qruplaşmasının liderlərindən biri Boxol adasında Filippinin hökumət qüvvələri ilə atışmada öldürülüb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 12.45-də baş verib. Əməliyyat zamanı "Əbu Səyyaf"ın ən azı 6 üzvü, o cümlədən qruplaşmanın liderlərindən olan Xoselito Meyoriya məhv edilib.

Onun Kanada və Almaniya vətəndaşlarını oğurlayıb öldürməkdə birbaşa iştirak etdiyi bildirilir.

"Əbu Səyyaf" 1990-ci illərdə "Əl-Qaidə" lideri Usama ben Ladənin ayırdığı maliyyə hesabına yaradılıb. Filippin kəşfiyyatı hesab edir ki, terror qruplaşması üzvlərinin sayı 400 nəfərə (2015-ci ildə 510 nəfər olub) yaxındır.

2004-cü ildə "Əbu Səyyaf"ın Filippindı "Superferri-14" bərəsini partlatması ilə başlayan yanğın nəticəsində 200 nəfərdən artıq adam həlak olub.

Nihad


Müəllif:

Oxşar xəbərlər