“Report” TASS-a istinadən xəbər verir ki, yanğın ocaqları ştatın bütün ərazisində olan meşə massivlərində müşahidə edilir.
Hazırda 1,9 min hektar ərazi yanır. Ştat hökumətinin məlumatına görə, ümumilikdə 7 min evin sakini köçürülüb.
Alovla 500 yanğınsöndürən və 10 xüsusi təyyarə mübarizə aparır. Fərziyyələrdən biri yandırılmadır. Həmin şəxsin tutulması və ya barəsində məlumata görə 5 min dollar mükafat təyin olunub.