15 İyul 2014 11:47

Fələstinin HƏMAS qruplaşmasının nümayəndələri bəyan edib ki, Misirin təklif etdiyi kimi, İsraillə atəşkəs imzalamağa hazırdır.

Hazırda sülh sazişinin mümkün şərtləri müzakirə olunur.

Ötən gün isə, qruplaşmanın hərbi birləşməsi atəşkəs təklifini rədd edərək, sülhə getməyəcəyini elan etmişdi.

İsrailin Müdafiə nazirliyi artıq sülh planının mümkün şərtlərini müzakirə edir. Bu həftə ölkənin nazirlər kabinetinin xüsusi toplantı keçirəcəyi gözlənilir. Fələstin rəsmilərinin yaydığı məlumata görə, İsraillə HƏMAS arasında həyata keçirilən bombardmanlar nəticəsində, Qəzza sektorunda 172 nəfər həlak olub.
Verilən məlumata görə, ölənlərin əksəriyyəti dinc sakinlərdir.

Ülviyyə


Müəllif:
Загрузка...