15 İyul 2014 11:52
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürdüstanının rəsmiləri ABŞ-dan gözlədikləri dəstəyi almasalar da, muxtariyyəti müstəqil dövlətə çevirmək arzularından əl çəkməyiblər.

Belə ki, Kürdüstan muxtariyyətinin Xarici İşlər Naziri Fələh Mustafa Bakərin sözlərinə görə, “İraq uğursuz dövlətdir” və onun ərazisini üç yerə bölmək lazımdır. “İraq üç yerə bölünməlidir. O cümlədən Kürdüstan tam müstəqilləşməlidir. İraqın bu gün belə böhran yaşamasına görə, bilavasitə ölkənin baş naziri Nuri Maliki məsuliyyət daşıyır. O, istefa verməlidir”, - deyə, Bakəri bəyan edib.

Bu gün İraq parlamenti yenidən toplanaraq, hökuməti yenidən formalaşdırmağa çalışacaq. Daha öncə kürd əsilli parlamentarilər Nazirlər kabinetini tərk edərək, Malikinin ittihamına qarşı etiraz ediblər. Xatırladaq ki, Nuri Maliki ölkədə yaşayan kürdləri İŞİD təşkilatına yardım etməkdə ittiham edib.

Ülviyyə


Müəllif: