Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İsveçrə və Fransanın ortaq tikinti şirkəti olan “Lafarj Holcim” 2012-2014-cü illər arasında Suriyada İŞİD də daxil olmaqla bir sıra silahlı qruplara rüşvət verib.
Fransa mətbuatının yazdığına görə, “Lafarj Holcim”in nümayəndələri Suriyanın Cələbiyyə bölgəsində olan sement zavodunun təhlükəsizliyini təmin etmək üçün bu addıma gedib.
Bu məsələ ortaya çıxdıqdan sonra şirkət daxili araşdırmalara başlayıb və nəticədə şirkətin səlahiyyətlisi Erik Olsen istefaya gedib. O bildirib ki, firmanın ünvanına tənqidləri səngitmək üçün istefaya gedir.
Qeyd edilir ki, şirkət Suriyada fəaliyyəti üçün İŞİD-ə 2014-cü ilin sentyabrına qədər rüşvət verib. Belə ki, şirkətə məxsus olan yük avtomobilləri 2013-cü ildə terrorçuların nəzarətində olan keçid məntəqələrində problemlə qarşılaşıb. İŞİD-in şirkətə məxsus texnikanı keçid məntəqəsindən buraxmaq üçün rüşvət alıb və şirkətə bu barədə müvafiq sənəd verib.
Cavad