24 Aprel 2017 18:53
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisində milli suverenlik və Uşaq Bayramı münasibəti ilə xüsusi iclas keçirilib.

Teleqraf.com xəbər verir ki, sözügedən iclas zamanı maraqlı anlar yaşanıb.

Xüsusi iclası müşahidə etmək üçün TBMM-ə dəvət edilən xarici diplomat və səfirlərin bəzilərinə xəbərdarlıq edilib. Lojada öz yerlərini alan əcnəbi diplomatlardan bəziləri ayaqlarını ayaqları üzərinə aşıraraq iclası müşahidə edib. Bu zaman TBMM-in nümayəndələri onlara yaxınlaşaraq qanunverici orqanda bu cür oturmağın məqbul olmadığını deyərək, onların normal əyləşmələrini tələb edib.

Məlum olub ki, TBMM-də ayağını ayağının üzərinə aşıraraq tədbiri müşahidə edən diplomatlardan biri Fransanın Ankaradakı səfiri Çarlz Fraysdır. Ona da oturma tərzi ilə bağlı xəbərdarlıq edilib.

TBMM-nin nizamnaməsinin müşahidəçilərlə bağlı 169-cu maddəsinə görə, müşahidəçilər onlara ayrılan yerdə sakit əyləşməli, danışıqlarda, qəbul və ya rədd istiqamətində söz, alqış və digər hərəkət edərək, öz düşüncələrini ortaya qoymamalıdır. Bu qadağalara əmıl etməyənlər dərhal bayıra çıxarıla bilər.

Cavad


Müəllif:

Oxşar xəbərlər