25 Aprel 2017 12:43
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hesab edir ki, ABŞ-ın yeni dövlət katibi Reks Tillersonla münasibət quracaq.

Teleqraf.com-un məlumatına görə, Lavrov "Eskvayr" jurnalına deyib:

“Bu, tamamilə mümkündür. Ümimiyyətlə, mənim bütün dövlət katibləri ilə dostluq olmasa da, yaxşı münasibətim olub”.

S.Lavrov jurnalistlərin onun sabiq dövlət katibi Kondoliza Raysın xoşuna gəlməsinə dair mülahizələrini təkzib edib:
“Onun xoşuna gəlmişəm? Yalandır! Sadəcə, Kondoliza ilə çox isti və sıx ünsiyyətdə olmuşuq”.

Bu arada Rusiya XİN rəhbəri etiraf edib ki, müxtəlif ölkələrin diplomatları bir-birlərinin ünvanına sərt ritorikadan istifadə edə, sonra isə şəxsən normal əlaqə saxlaya bilərlər.

“Ümumiyyətlə, diplomatlar publika önündə bir-birinə ən sərt sözləri deyə, qəzəblə, amansızcasına öz ölkələrinin maraqlarını müdafiə edə bilərlər. Ancaq sonra bir yerdə oturub içki də içə bilərlər”, - Lavrov bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər