25 Aprel 2017 13:25
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasına aid gəmiləri qəfil döyüş hazırlığı yoxlaması çərçivəsində açıq dənizə çıxaraq, təlim-döyüş hazırlıqlarına başlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildiriblər.

“Təlimlərə “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” kiçik raket gəmiləri, “Volqodonsk”, “Həştərxan və “Mahaçqala” kiçik artilleriya gəmiləri, əsas və sahilyanı mina axtaran gəmilər, “P-351” və “Qraçonok” adlı diversiya əleyhinə katerlər, hidroqrafik xidmət gəmiləri və köməkçi donanma cəlb olunub”, - deyə agentliyə bildiriblər.

Qeyd edək ki, 2015-ci ilin payızında “Dağıstan” reket gəmisi, həmçinin “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” gəmiləri Xəzər akvatoriyasından Suriyada terrorçuların mövqeyinə “Kalibr-NK” tipli qanadlı raket zərbələri endiriblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər