Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Feysbuk səhifəsində yazıb.
“24 aprel erməni soyqırımı qurbanlarının xatirə günüdür. Kimsə “soyqırım” sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, “olub-olmayıb” müzakirəsi aparır. Rusiya Dövlət Duması isə hələ 1995-ci ildə “Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə məruz qaldığı soyqırımın müzakirəsi haqqında” qərar qəbul edib”, - deyə M. Zaxarova qeyd edib.
Hazırda Nyu Yorkda olan M. Zaxarova şəhərdəki erməni kilsəsinə baş çəkdiyini də yazıb: “BMT binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Ora getdim. Harada olmağımızdan asılı olmayaraq, qəlbimiz erməni xalqı ilə birlikdədir”. (apa.az)