Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Bi-bi-si” teleradio kompaniyası məlumat yayıb.
Bununla yanaşı ölkənin ombudsmanı Tarek Saabanın verdiyi məlumata görə, nə qədər insanın
toqquşmalarda və qarışıqlıqda ziyan çəkdiyi məlum deyil. Bir çox insanlar ağır yaralıdır.
Qeyd edək ki, Venesuelada Maduro əleyhinə nümayişlər 3 həftədən artıqdır hər gün davam edir. Nümayişçilər növbədənkənar prezident seçkisinin təyin olunmasını, Venesuela parlamentinin səlahiyyətlərinin tam olaraq həyata keçirilməsini, həmçinin ölkə iqtisadiyyatının bərpası prosesinin başlanmasını tələb edirlər.
Bir müddət öncə hüquq müdafiəçiləri mitinqlərdə iştirak edən 1000 nəfərdən artıq müxalifət tərəfdarının həbs edildiyini, daha 700 nəfərin isə hələ də nəzarət altında saxlandığını açılayıblar.
KİV xəbər verir ki, asayiş keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə ediblər. Etirazçılar hakimiyyəti aksiyaları yatırtmaq üçün cinayətkar qruplardan istifadə etməkdə ittiham edirlər.
Səxavət