Bu barədə yerli "Tiempo" portalı xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Valensiya şəhərindəki həbsxanada qeydə alınıb. İğtişaş zamanı həmçinin 12 nəfər xəsarət alıb.
Yerli KİV-in məlumatına görə, iğtişaş çərşənbə axşamına keçən gecədən başlayaraq səhərə qədər davam edib. Qarşıdurma iki müxtəlif şəhərdən olan məhbus qruplaşmasının həbsxanaya nəzarəti ilə bağlı yaranmış mübahisə üstündə baş verib.
Hazırda penitensiar müəssisəsində vəziyyət normallaşıb. Bina milli qvardiyanın nəzarəti altına alınıb. Yaxın vaxtlarda hadisə yerinə faciənin səbəblərini araşdırmaq üçün baş prokurorluğun əməkdaşlarının gəlişi gözlənilir.
/Report/