27 Aprel 2017 00:44
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın paytaxtı, habelə bir neçə şəhəri silahlılar tərəfindən atəşə tutulub.

Bu barədə Suriyanın peyk televiziyası məlumat yayıb. Məlumatda bildirilir ki, silahlı qruplaşmanın üzvləri Dəməşqin Əbu-Ruman yaşayış məntəqəsinə raket mərmisi atıblar. Nəticədə 1 qadın həlak olub.

"Cəbhət ən-Nüsrə" terrorçularının Karmas kəndini atəşə tutması nəticəsində 2 qadın həlak olub, daha bir neçə nəfər xəsarət alıb. Cəbhət ən-Nüsrə" terrorçuları həmçinin El-Kuneytr vilayətində Əl-Baas şəhərini minaatanlardan atəşə tutub. Mərmilərdən biri maliyyə idarəsinə düşüb. Nəticədə 1 qadın həlak olub, daha 2 nəfər xəsarət alıb.

Bundan əlavə, terrorçuların Es-Suveyd bilayətinin Əl-Krea kəndində, avtomobilə quraşdırdıqları partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

/Report/


Müəllif:

Oxşar xəbərlər