28 Aprel 2017 12:58
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasında Krımın offşor zonaya çevrilməsi ilə bağlı qanun layihəsi hazırlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qanun layihəsini dumanın beynəlxalq əlaqələr komitəsi sədrinin müavini, Ədalətli Rusiya Partiyasından olan deputat Aleksey Çep hazırlayıb.

Nəşr qeyd edir ki, qanun layihəsində Vergi Məcəlləsinə və bir sıra digər qanunlara dəyişiklik edilməsi məsələsi də öz əksini tapıb.

A.Çep hesab edir ki, digər offşor zonalarda olduğu kimi Krımda da biznesmenlərin anonimliyini qorumaqla onların bölgəyə böyük həcmdə investisiya yatırmasına nail olmaq mümkündür.

Layihə xarici banklara, sığorta şirkətlərinə, pensiya fondlarına və broker kompaniyalarına lisenziyasız fəaliyyət göstərməyə icazə verəcək. Rusiyanın digər ərazilərində isə bu mümkün deyil.

Bununla belə layihənin müəllifi A.Çep offşordan söhbət getmədiyini bildirib. O, qeyd edib ki, onlar sanksiyalara qarşı mübarizə aparırlar:

“Bu sanksiyalar biznesmenləri və Krımda fəaliyyət göstərən digər şəxsləri təhdid edir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər