1 May 2017 01:24
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trump vəzifədə olmağının 100 günü münasibətilə keçirilən mitinq zamanı "saxta xəbərləri" kəskin tənqid edərək kütləvi informasiya vasitələrinə hücuma keçib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, o, Pensilvaniyada tərəfdarlarına "verdiyim vədləri bir-birinin ardınca yerinə yetirirəm" deyib.

Trump 1981-ci ildə Ronald Reagandan sonra ilk dəfə olaraq, illik ənənəni pozaraq Ağ Evin Müxbirlər Naharına getməyib. Ağ Evin Müxbirləri Assosiasiyası 1914-cü ildə yaradılıb və 1921-ci ildən hər il prezidentlər bu tədbirə qatılb.

Harrisburgda keçirilən mitinqdə prezident deyib ki, onun 100 günlük prezidentliyi dövrünü işıqlandıran mediaya "yağlı iki" verilməlidir.

O əlavə edib ki, jurnalistlər hazırda Vaşinqtonda tələyə düşüb və onların tədbiri "çox, çox darıxdırıcı" keçəcək. "Qabaqcıl (yalancı) media bizim nailiyyətlərimizi, o cümlədən sərhədlərə və optimizmin artırılmasına dair 28 qanunu işıqlandırmayıb, cənab Trump Tvitterdə yazıb.

O özünün 100 günlük fəaliyyətini "çox məhsuldar" adlandırıb və deyib ki, qarşıda "böyük, böyük döyüşlər" var, amma o bütün hallarda qalib gələcək.


Müəllif:

Oxşar xəbərlər