1 May 2017 11:22
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İŞİD-lə mübarizə bəhanəsi il ABŞ-dan açıq dəstək alan terror qruplarının Türkiyənin sərhəd keçid məntəqələrinə hücum zamanı zirehli texnika və “Stinger” raketlərindən istifadə etdiyi bəlli olub.

Teleqraf.com sozcu.com.tr-yə istinadən xəbər verir ki, hərbi ekspertlər Prezident Ərdoğanın ABŞ-a səfəri ərəfəsində belə bir durumun yaranmasını Ankaranın əlini zəifləməsi, Vaşinqtonun mövqeyinin isə güclənməsi kimi qiymətləndirirlər. Onların fikrincə, ABŞ-ın onlarla zirehli texnikanı Suriya-Türkiyə sərhədinə yığması psixoloji təzyiqdir.

Sərhəddə 5 tankın üzərinə ABŞ bayrağı sancaraq hərəkət etməsi mediada guya sərhəd boyu hər tərəfdə Amerika zirehli texnikasının olduğuna dair xəbərlərin yayılmasına səbəb olub. Hərbi qaynaqlar qeyd edirlər ki, Frans24, AFR, Röyter və digər nüfuzlu media orqanlarının jurnalistləri ABŞ texnikasının hərəkət etdiyi yerlərdə olur, bir növ bu prosesə dəstək göstərirlər.

Qeyd edək ki, Amerikanın PKK və onun Suriya qolu olan YPG-yə dəstək üçün göndərdiyi 5 tankdan ibarət hərbi birlik Qamışlı, Amudə, Dirək, və Dirbəsiyə arasında hərəkət edir. Paralel olaraq, dünya mediası tərəfinfən Suriya-Türkiyə sərhədi boyunca hər yerdə ABŞ hərbçilərinin olduğuna dair fikir formalaşdırılır.

“Türkiyə ilə YPG arasında Vaşinqtonun tampon bölgə yaratmaq planından bəhs edilir. Əgər Amerika terror təşkilatlarının ölkəmizə yönəlik hücumlarını önləyəcəksə, bunun ziyanı yoxdur. Ancaq baş verən hadisələrdə ABŞ YPG-nin qalxanı olsa belə, Türkiyə maraqlarını sona qədər müdafiə edəcək. Şübhəsiz ki, son hadisələr Ağ Evin Suriyanın şimalında federal bir dövlət yaratmaq planının olduğunu ortaya qoyur. Üstəlik bu plana əsasən, Şimali İraqda kürd muxtariyyətinin lideri Bərzanini devirərək bütövlükdə bölgəyə tam nəzarəti ələ keçirmək istəyir. Ancaq sərhəd boyunca terrorçular türk əsgərlərinin hədəfindədir. ABŞ bu tip hücumları dayandırmalıdır, əks halda daha arzuedilməz proseslər müşahidə oluna bilər”, - Türkiyə hərbi mənbələrindən bildirilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər