1 May 2017 12:39
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il 1 May – Əmək və bahar bayramını Rusiya əhalisinin 49 faizi qeyd etməyi planlaşdırır. Bu, son 15 ilin ən aşağı göstəricisidir.

Teleqraf.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Levada” sorğu mərkəzinin açıqladığı məlumatda bildirilir.

Bayramı ən yüksək qeyd etmə faizi 2002-ci ildə qeydə alınıb. Həmin il rusiyalıların 69 faizi bayramı qeyd edib. Bir il əvvələdək isə bu göstərici 55 faiz təşkil edib.

Bayramda prezidentin və hökumətin dəstəyi ilə iştirak edilməsinə respondentlərin 15 faizi tərəfdar çıxıb. Hökumətin iqtisadi və sosial siyasətinə qarşı çıxanlar isə 10 faiz olub.

Bildirilir ki, sorğu 21-24 aprel tarixində 1,6 min nəfər arasında keçirilib. Sorğu ölkənin 48 regionu üzrə 137 yaşayış məntəqəsini əhatə edib.

Qeyd edək ki, Rusiyada, ABŞ-da, Avropanın, Afrikanın, Latın Amerikasının və Asiyanın bir sıra ölkələrində mayın ilk günündə qeyd olunan bayram müxtəlif adlarla adlandırılır – Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü, Bahar və Əmək Bayramı, Əmək Bayramı, Bahar Bayramı. Keçmiş Sovet İttifaqı dövründə bu bayram 1 May – Zəhmətkeşlərin Əmək Bayramı günü adlandırılıb. Hazırda Rusiyada bu gün rəsmi olaraq dövlət bayramı kimi qeyd olunur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər