Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Dehqan Səudiyyə Ərəbistanının bölgədə Amerika və İsrail nümayəndəsinə çevrildiyini bildirib:
"İran İslam Respublikası ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin hər hansı koalisiyası qarşısında dayanmağa hazırdır".
İran-Amerika münasibətlərinin yaxşılaşmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Hüseyn Dehqan deyib ki, indiki şəraitdə bu, mümkün deyil:
"Amerikanın bölgədə yürütdüyü siyasətini nəzərə alaraq, iki ölkə arasında münasibətlərin yaxşılaşmasından danışmaq, reallaşdırılması mümkün olmayan bir məsələ haqda söhbət etməkdir. Amerika dünyanın istənilən bölgəsinə müdaxilə edir. Elə buna görə də hesab edirəm ki, bu ölkə bizim dialoq tərəfimiz sayıla bilməz".
Samir