1 May 2017 22:13
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Türkiyəyə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Suriya və İraqda terrorçulara qarşı həyata keçirdiyi hava hücumunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Qasimi pisləyib və Türkiyəni əməliyyatları dayandırmağa çağırıb.

Bəhram Qasımı deyib ki, İraq və Suriya mərkəzi hökumətlərinin icazəsi olmadan bu ölkələrə edilən hər hansı hərəkət qınanmalıdır:

“Beynəlxalq qanunlara zidd hərəkat dağıdıcı nəticələrə səbəb ola bilər”.

Türkiyə hərbi təyyarələrinin Suriya və İraq ərazisinə hücumlarının 16 aprel referendumundan sonra baş verdiyini xatırladan İran diplomatı Türkiyəyə bu tip hərəkətlərin dayandırılmasını tövsiyə edib.

İran XİN-in nümayəndəsi qeyd edib ki, may ayında Astanada Rusiya, İran və Türkiyənin təşəbbüsü ilə Suriya mövzusu müzakirə ediləcək:

“Türkiyənin Suriya böhranının həllində rolu gözardı edilə bilməz”. Kürdlər tərəfindən İraqın bölünməsini rəsmi Tehranın qəbul etməyəcəyini xüsusi vurğulayan diplomat İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirib:

“Hər cür bölünməyə qarşıyıq və bunu qəbul edə bilmərik. İraq konstitusiyasında nəzərdə tutulduğu kimi, kürdlərin müəyyən haqq və hüquqları var. Lakin onlar ölkənin ərazi bütövlüyünə qarşı çıxa bilməz”.

Cavad


Müəllif:

Oxşar xəbərlər