2 May 2017 10:12
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyәnin Sürixdәki Baş Konsulluğuna hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum tәxminәn 100 nəfər maskalı tәrәfindәn törәdilib.

Atılan boyaların rəngləri təcavüzkarların separatçı terror təşkilatı PKK-nın tərəfdarları olduqları şübhəsini artırıb.

Bununla yanaşı, naməlum şəxslər baş konsulluğun yaxınlığındakı avtobus dayanacağı və qarşıdakı binaya qırmızı boyalarla "Ərdoğanı öldürün" şüarlarını yazıblar.

Hücum zamanı tәhlükәsizlik qüvvәlәrindәn başqa binada heç kim olmayıb.

Polis hadisə ilə əlaqədar istintaq aparır.

Türkiyənin İsveçrədəki baş konsulu Asiyə Nurcan İpəkçi Anadolu Agentliyinә verdiyi açıqlamada polis əməkdaşlarının müdaxiləsindən sonra vəziyyətin normallaşdığını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər