2 May 2017 14:30
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən referendumdan sonra ilk dəfə Ədalət və inkişaf Partiyasının (AKP) iclasına qatılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, referenduma təklif edilən "şəxsin prezident seçilməsindən sonra partiyası ilə əlaqələri kəsilməlidir" maddəsinin ləğv olunmasından sonra Ərdoğan bugün yenidən AKP-yə üzv olub.

979 günlük ayrılıqdan sonra Ərdoğanın partiyaya dönməsini AKP üzvləri "Əfsanə geri dönür" kimi qiymətləndiriblər.

Partiyaya üzv olması ilə bağlı Ankarada AKP-nin mərkəzi qərargahında keçirilən mərasimdə Ərdoğan AKP-yə üzvlük bəyannaməsini imzalayıb və partiyanın üzvü olub.

Samir


Müəllif:

Oxşar xəbərlər