2 May 2017 18:39
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tvitter sosial şəbəkəsi İranın ali dini lideri Ayətullah Xameneinin ərəb dili versiyasında olan səhifəsini bloklayıb.

Teleqraf.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, Tvitter rəhbərliyi bu addımın səbəblərini açıqlamayıb.

Məlumata görə, sözügedən səhifə bir neçə dəfə hakerlər tərəfindən kiberhücumlara məruz qalıb. Həmin səhifədə Ayətullah Xamenei haqda xəbərlər yayımlanırdı.

Ərəb dilindən başqa Xameneinin adına ingilis, fransız və ispan dillərində Tvitter hesabları mövcuddur. Hazırda bağlanan səhifənin əvəzinə müvəqqəti başqa yeni hesab fəaliyyətdədir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər