2 May 2017 22:58
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ticarət naziri Uilbur Ross Suriyadakı aerodroma raket zərbəsi endirməsini Birləşmiş Ştatların Prezidenti Donald Trampın və Çin Xalq Respublikasının Sədri Si Cinpinin "şam yeməyindən sonra əyləncəsi" adlandırıb.

Nazir belə "əyləncə"yə görə D.Trampın nəsə ödəməsinə ehtiyac olmadığını deyib.

"Variety" jurnalı Los-Ancelesdə beynəlxalq konfransda çıxış edən U.Rossdan sitat gətirir: "Desert gətiriləndə Donald Tramp Si Cinpinə bir məsələ barədə - Suriyaya 59 raket zərbəsinin endirilməsindən danışmalı olduğunu bildirib. Bu, şam yeməyindən sonra birgə əyləncə idi".

Kütlə nazirin bu sözlərini gülüşlə qarşılayıb.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri ötən ayın əvvəllərində Suriyanın Hums vilayətindəki Şayrat aviabazasına raket zərbələri endirmişdi.
/Trend/


Müəllif:

Oxşar xəbərlər