Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, cavab atəşindən dərhal sonra bölgəyə gedən rus əsgərləri vurulan binalara Rusiya bayrağı asıblar.
İraqın Sincar bölgəsində vurulan binalara Şimali İraq kürd muxtariyyəti, Münbiçin şimalındakı binalara ABŞ, Münbiçin cənubundakı binalara isə Suriya bayrağı asan terrorçular sonra Rusiya bayrağını qaldırmalı olublar.
Rus hərbiçiləri və terrorçuların paylaşdığı görüntülərdə YPG-yə aid nişanlarla Rusiya bayraqlarının birlikdə dalğalandığı görünür.