Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Buçelnikov Suriyadakı rusiyalı hərbi müşavirlərin tərkibində xidmət çəkib. O, Suriya ordusunun artilleriya birləşmələrinin şəxsi heyətinə təlim keçirmiş.
Döyüş hazırlığı üzrə təlim zamanı birləşmə qəfil terrorçuların snayperi tərəfindən atəşə tutulub. Nəticədə Aleksey Buçelnikov ölümcül yaralanıb. Onun ölümündən sonra mükafata təqdim edildiyi bildirilir.
Qeyd edək ki, apreldə Suriyada 3 rusiyalı hərbçi qeydə aparıb.
/APA/