Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərifin açıqlamasına cavab verib.
İranın region ölkələrinə qarşı təhdidindən danışan Məhəmməd Salman bildirib ki, Səudiyyə Ərəbistanı bölgədə radikal şiəçiliyi yaymaqla müsəlman ölkələr üzərində hakim olmağa cəhd göstərən İran İslam Respublikası ilə danışıqlar aparmayacaq:
“İranın bölgədə yürütdüyü siyasətdə əsas məqsədi Səudiyyə Ərəbistanına zərbə vurmaqdır. Nə qədər ki, İran bu niyyətindən əl çəkməyib, bizim Tehranda mövcud ixtilafları aradan qaldırmaq üçün danışıqlar aparmağımız mümkün olmayacaq. İranın Ər-Riyada münasibəti və yanaşma tərzi heç vaxt səmimi olmayıb. Elə buna görə də hesab edirəm ki, iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasının vacibliyi ilə bağlı səsləndirdirilən bəyanatlar qeyri-ciddidir. Bu, daha çox bir zarafata bənzəyir”.
İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif mayın 2-də jurnalistlərə açıqlamasında Tehranla Ər-Riyad arasında vasitəçilik edilməsi məsələsinə münasibət bildirib:
“Biz ölkələrimiz arasında vasitəçilik edilməsi təklifini heç vaxt rədd etməmişik. Bu günə qədər Pakistan, İndoneziya, Qazaxıstan və Rusiya rəsmiləri bu barədə təkliflər irəli sürüblər. Biz Səudiyyə Ərəbistanı ilə qarşıdurma tərəfdarı deyilik”.
Samir