3 May 2017 10:44
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo Cənubi və Şimali Koreya sərhədində yerləşən əraziyə səfər edib.

Teleqraf.com xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın Cənubi Koreyada olan hərbi komandanlığından verilən xəbərdə MKİ rəhbərinin Koreya yarımadasının qərb sahillərində, Şimali Koreya ilə Cənubi Koreyanın sərhədində yerləşən Yeonpyenq adasında olduğu açıqlanıb. Burada MKİ şefi mövcud vəziyyətlə şəxsən tanış olub.

Pompeonu səfər zamanı Cənubi Koreyada olan ABŞ hərbi qüvvələrinin komandanı, general Vinset, ABŞ-ın Seuldakı səfirliyinin nümayəndəsi Mark Knapper müşayiət edib.

Bundan başqa, Mayk Pompeo səfər zamanı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin direktoru Lee Byeonqla görüşərək təhlükəsizlik mövzusunda müzakirələr aparıb.

Qeyd edək ki, Mayk Pompeodan əvvəl Koreya yarımadasına ABŞ-ın Dövlət katibi Reks Tillerson, Müdafiə naziri Ceyms Mettis və ABŞ-ın Vitse-prezidenti Mayk Pens səfər edib.

Hazırda ABŞ-ın B1 döyüş təyyarələri Koreya yarımadasında uçuşlar həyata keçirir və bu regiondakı gərgin durumu bir qədər də mürəkkəbləşdirir.

Pxenyan ABŞ təyyarələrinin bu manevrlərini “təxribat” kimi qiymətləndirib.

Cavad


Müəllif:

Oxşar xəbərlər