3 May 2017 16:37
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası yekunlaşır.

"Report"un analitik qrupu bildirir ki, iclasda uçot dərəcəsinin artırılması gözlənilməsə də, yekun qərar mətnində iyun ayında keçiriləcək növbəti iclasda faizlərin artırılacağına dair siqnalların verilməsi dolları möhkəmləndirə bilər.

"Moody's" Beynəlxalq Reytinq Agentliyinin direktoru Rayan Svit (Ryan Sweet) hesab edir ki, FED ilin ilk rübündə ABŞ iqtisadiyyatındakı zəif göstəriciləri müvəqqəti hal olduğunu bildirərək bunu diqqətə almayacaq: "Növbəti iclasa 6 həftə qaldığını nəzərə alsaq, FED-in dəqiq bir şey söyləyəcəyini düşünmürəm".

Direktor həmçinin xatırladıb ki, FED monetar sərtləşdirmə prosesi zamanı sürprizlər etməyi sevmədiyindən, böyük ehtimalla iyunda faizləri artıracaq. Qeyd edək ki, hazırda iyun ayında uçot dərəcəsinin artırılması ehtimalı qlobal bazarlarda 70% təşkil edir.

"Report"un analitik qrupu bildirir ki, bugünkü iclasda iyun ayında uçot dərəcəsinin artırılması barədə hər hansı fikirin səsləndirilməsi qlobal valyuta bazarında dolların məzənnəsinin artmasına gətirib çıxaracaq.

Bu halda, əsas valyuta cütlüyü - avro/dollar məzənnəsi 1,08 USD/EUR-a kimi geriləyə bilər.


Müəllif:

Oxşar xəbərlər