Ərdoğan görüşdən sonra keçirilən mətbuat konfransında "Pomidor xaric, digər məsələlərdə razılıq əldə etdik" deməsi siyasilərin bu mövzuya marağını artırıb.
Qeyd edək ki, brifinqdə Putin bildirib ki, Rusiya ilə Türkiyə arasında 2015-ci ildə baş vermiş insidentdən sonra iqtisadi sahədə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasından artıq bu gündən etibarən danışa bilərik: " Biz razılaşdıq ki, bütün məhdudiyyətləri aradan qaldıraq. Biz türkiyəli həmkarlarımızdan xahiş etdik ki, bizi kənd təsərrüfatı sahəsində bəzi məhdudiyyətlərin qalması məsələsində anlayışla qarşılasınlar. Məsələ ondadır ki, yerli istehsalçılar məlum böhrandan sonra banklardan kredit götürüblər və onları həmin krediti qaytarmalıdırlar".
V.Putin Türkiyə pomidorlarının ucuz olduğunu da bildirib: "Bu məsələdə məhdudiyyət qalacaq. Ancaq biz bazarımızı xarici məhsulların üzünə bağlaya bilmərik. Ancaq digər məhdudiyyətlərin bu gündən etibarən aradan qaldırılacağını söyləyə bilərik".