Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Türkiyə İqtisadiyyat Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Ankara martın 15-dən etibarən Rusiyanı gömrük rüsumu olmadan kənd təsərrüfatı məhsulları idxal etdiyi ölkələrin siyahısından çıxarmışdı.
Rusiya Türkiyə ilə siyasi münasibətlərin pisləşməsi fonunda 2016-cı il yanvarın 1-dən bu ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan etmişdi. Ötən ilin yayında münasibətlərin tədricən normallaşmağa başlamasından sonra Rusiya hökuməti bu ilin martında Türkiyədən saqqız, duz, soğan, rəngli kələm, gül kələmi və qərənfilə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırdı. Ancaq bu, Rusiyanın Türkiyəyə münasibətədə embarqoların aradan qaldırılması istiqamətində atdığı ilk addım deyildi. Rusiya ötən ilin oktyabrından Türkiyədən sitrus və çəyirdəkli meyvələrin idxalına “yaşıl işıq” yandırmışdı.
Səxavət