15 İyul 2014 18:29
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan İsrailə qarşı raket zərbələrini pisləyir.

Alınan məlumata görə, bu barədə rəsmi açıqlamanı Gürcüstan hakimiyyəti yayıb.

Rəsmi açıqlamada həmçinin Gürcüstanın dinc insanların ölümündən təəssüfləndiyi də bildirilib:

“Gürcüstan hökuməti İsrailə qarşı həyata keçirilən raket zərbələrindən narahat olduğunu bildirir və İsrail vətəndaşları ilə həmrəy olduğunu qeyd edir. Hökumət həmçinin Qəzza sektorunda baş verən qarşıdurma nəticəsində həlak olan dinc əhaliyə görə təəssüfləndiyini bildirir. Biz həmçinin hesab edirik ki, bütün dövlətlərin xarici təhlükədən özünü qorumaq hüququ var və İsrailin öz ölkəsini, insanların həyatını və təhlükəsizliyini qorumaq hüququnu dəstəkləyirik”.

/axar.az/


Müəllif: